Polis terror əleyhinə şüarlar səsləndirməyə imkan vermədi

Azərbaycan Neft Akademiyası

Polis Neft Akademiyası qarşısında tələbələrin şüarlar səsləndirməsinə imkan verməyib.

Akademiyanın qarşısına gələn tələbələr «terrora yox» kimi şüarlar səsləndiriblər. Polis bunun qarşısını alıb və yalnız gül qoymalarına icazə verib.

***

Neft Akademiyasında öldürülən tələbələrlə bağlı anım mərasimi keçirilir. Akademiyanın girişində pilləkənlərə qərənfillər düzülüb. Akademiyada dərslər təxirə salınıb.

Tələbələrin «Azadlıq» radiosuna dediyinə görə, onlar hər hansı geniş bir tədbirin keçirilib keçirilməyəcəyindən xəbərsizdilər. Akademiyanın binasına jurnalistlər və kənar şəxslər buraxılmır. İçəri daxil olan tələbə və müəllimlər isə polislər və Akademiyanın əməkdaşları tərəfindən yoxlanılır.

Aprelin 30-da saat 9:30 radələrində bir silahlı şəxs Azərbaycan Neft Akademiyasına girərək qarşısına çıxanları gülləməyə başlayıb. Rəsmi məlumatlara görə, hadisə nəticəsində 13 nəfər ölüb, 13 nəfər də yaralanıb. Hadisəni törədən şəxsin üzərindən tapılan sənəddə onun 1980-ci il təvəllüdlü əslən azərbaycanlı olan Gürcüstan vətəndaşı Fərda Qədimov olduğu aydın olub. Faktla bağlı istintaq gedir.

В этом разделе