Növbəti anti-islam karikaturası: boynunda xaç olan oğlan hicablı uşağa “terrorist” dedi

Hacı İlqar: “Dini dözümsüzlük haqqında BMT müddəalarının milli qanunvericiliklərə salınması aktuallığı artmaqdadır”

İngiltərədə hökümətin dəstəyi ilə çıxan xristian jurnallarından birinin üz qabığında boynunda xaç olan oğlan hicablı müsəlman bir qızı terrorist adlandırıb.

"Dünya bülteni" saytının "Deylimeyl" xəbər agentliyinə istinadən verdiyi məlumata görə "Trast" dərnəyinin buraxdığı "Klic" adlı jurnal 8-12 yaş arasındakı uşaqlara xristian dinini təbliğ edir. Jurnalın son sayında səs-küyə səbəb olan növbəti karikatura nəşr edilib.

Boynunda xaç olan oğlanın: "Ey terrorist, adını da bilmirəm, mənə de görüm hicabın nəyi təmsil edir?" sözlərinə hicablı qızçığaz: "Sənin böynundakı xaç nəyi təmsil edirsə, mənim baş örtüyüm də onu təmsil edir", - deyə cavab verib.

Jurnalın bu hərəkəti İngiltərədəki xristian təşkilatlar və vəkillər tərəfindən tənqid olunub. Onlar bunun həm islamofobiya təzahürü olduğunu, həm də uşaqlarda "canavar" psixologiyası yaratdığını deyiblər.

Olayı şərh edən DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, bunu “primitiv bir dözümsüzlük aksiyası” kimi qiymətləndirmişdir. Hacı İlqar: “Dünya bu uğursuzlardan yoruldu, bu şeytanpərəstlər isə öz iyrənc əməllərindən yorulmadı. Dini dözümsüzlük haqqında BMT müddəalarının milli qanunvericiliklərə salınması aktuallığı artmaqdadır”, - dedi.

DEVAMM sədri eyni zamanda İngiltərə ictimaiyyətinin islamofoblara təpki göstərməsini də yüksək qiymətləndirdi.
Xəbər xidməti
"Dəyərlər" AİN

В этом разделе