MOSSADın "TROYA ATI" İDDİASI

Oferə aid gəmilərdəki xüsusi konteynerlərdəki vertolyotlar İran sahillərində bayıra çıxarılırmış 

İsrail xüsusi xidmət orqanının, cümə günü Türkiyədə ölən israilli iş adamı Oferin gəmilərini İranda kəşfiyyat toplamaq üçün istifadə etdiyi barədə məlumatlar yayılıb. İddiaya görə, İranın nüvə fəaliyyətləri gizli şəkildə izlənilirmiş.

Oferə aid gəmilərdəki xüsusi konteynerlərdəki vertolyotlar İran sahillərində bayıra çıxarılırmış.

FaktXeber.com-un verdiyi məlumata görə, israilli milyarder iş adamı Sami Ofer, cümə günü 89 yaşında dünyasını dəyişməmişdən bir neçə gün əvvəl, ABŞ tərəfindən sanksiyalara qarşı çıxaraq İrana neft tankeri satmaqla günahlandırılmışdı. İsrail hökumətinə olduqca yaxın olan bir iş adamının niyə İrana qarşı olan sanksiyaları rədd etməsi diqqət çəkərkən,İngiltərənin "Sunday Times" qəzeti, Müdafiə Nazirliyindəki mənbələrə istinadən yayımladığı xəbərində maraqlı bir iddia ortaya atıb. Xəbərə görə, Oferin şirkətinə aid gəmilər İran sahillərinə ticarət üçün yanaşmırdı. Əslində İranın nüvə fəaliyyətlərini izləmək istəyən Mossad üçün əsas funksiyasını yerinə yetirirdi.

Müdafiə Nazirliyindəki qaynaqların bildirdiyinə görə, Ofer Qardaşlar Qrupuna aid yük gəmilərinin modifikasiya edilmiş konteynerlərin içinə yerləşdirilən "Black Hawk" vertolyotları İran sahillərinə yaxınlaşıldıqda çölə çıxarılaraq, ölkə üzərində uçuşlar həyata keçirirmiş.

İsrail, bunun sayəsində şübhə oyandırmadan İranın nüvə bazaları haqqında ətraflı kəşfiyyat məlumatı toplayırmış. Gəmiçiliklə bağlı məlumatların toplandığı "Equasis" bazasına görə, son 10 il ərzində Ofer Qardaşlar Qrupuna aid ən azı 13 gəmi İran sahillərinə lövbər salıb.

Keçən il Mossad agentləri yüksək çinli Həmas idarəçisi olan Mahmud el-Mabhuha Dubayda otel otağında sui-qəsd təşkil etmişdi. İndi mütəxəssislər, bəzi agentlərin Dubaydan Oferin gəmilərindən birində gizlənərk ölkəni tərk etdiyini bildirirlər.

Keçmiş Mossad rəhbəri müdafiə etmişdi

Bir müddətəvvəl də Oferin İranla əlaqəsinin İsrail tərəfindən bilindiyi və dəstəklənildiyi bildirilirdi, ancaq hökumət bunu rədd etmişdi. Ancaq iddialar haqqında şübhə oyandıran hadisələr ortaya çıxmışdı. Belə ki, yanvar ayında təqaüdə çıxan Mossadın keçmiş rəhbəri Meir Dagan, Ofer Qardaşlarını müdafiə edərək, "Bu iddianın nizamı pozulub", - demişdi.

3 iyun 2011-ci il tarixində isə israilli millət vəkili Carmel Shama-Hacohen, Ofer haqqındakı iddialara görə televiziyada keçiriləcək müzakirənin, İsrailin mənfəətlərinə zərər verə biləcəyi xəbərdarlığını etdikdək sonra ləğv olunmuşdu. Shama-Hacohen, xəbərdarlığın məzmununu şərhi edərkən, "Açıq danışacağam, müzakirə bir iş adamından deyil, siyasi fiqurdan gedir", - deyə danışmışdı.

Netanyahu: "O sionist idi"

İsrailin naziri Binyamin Netanyahu isə açıqlamasında, uzun müddətdir davam edən xəstəliyinə məğlub olaraq 89 yaşında ölən ölkənin ən zəngin iş adamı Sami Oferi, İranla həyata keçirdiyi gəmi ticarəti skandalında müdafiə edib. Netanyahu, "Sami Ofer sionist idi və digər sionistlərə olan bağlılığını heç vaxt unutmadı. Zirvəyə çıxdığı günlərdə belə", - deyə bildirib.

 

В этом разделе