Bunu Məkkə tarixinin tədqiqatçısı Səid Zəhrani deyib
313news.net "Rasthaber"ə istinadən xəbər verir ki, Məkkə tarixi tədqiqatçısı Səid Zəhrani deyib ki, "Məkkə şəhəri şimal və maqnit şimal koordinatlarının üst-üstə düşdüyü yeganə şəhərdir, buna görə də Məkkə Qrinviçin yerinə dünya saat qurşağının başlanğıcı olmalıdır".
Zəhrani həmçinin müsəlmanların Allahın əmri ilə gündə 5 dəfə Məkkəyə yönəlib namaz qılmalarını ilahi möcüzə adlandırıb. O, qeyd edib ki, 1884-ci ildə ABŞ-da təşkil olunan konfransda ingilislərin təzyiqi ilə Qrinviçin başlanğıc seçilməsi tarixi səhvdir və bu düzəldilməlidir.