Kütləvi qətl üçün niyə məhz təhsil müəssisəsi seçilib?

Misir Mərdanov: “İlk olaraq, bu məsələ araşdırılmalıdır”

“Azərbaycanın bütün təhsil müəssisələrində təhlükəsizliyin təmin olunması ilə bağlı ciddi iş gedir”.

APA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib: “İndi təhsil müəssisələri bu məsləyə daha məsuliyyətlə yanaşır. Düşünürəm ki, qısa müddətə bütün təhsil müəssisələrində dövlətin xüsusi mühafizəsi təşkil olunacaq. Bu təkcə ali məktəblərdə deyil, orta məktəb və bağçalarda da həyata keçiriləcək. Hər bir müəssisədə elə bir şərait yaradılmalıdır ki, tələbələr, şagirdlər təhlükəsizliyin təmin olunmasına tam əmin olsunlar”.

Azərbaycan Dövlət Neft Akademiyasında baş verən kütləvi qətllə bağlı Təhsil Nazirliyinin günahlandırılmasına münasibət bildirən nazir bunları deyib: “Əlbəttə ki, bu məsələdə Təhsil Nazirliyinin də məsuliyyəti var. Amma mən şəxsən hesab edirəm ki, əvvəlcə bu məsələ araşdırılmalıdır ki, nə üçün bu hadisə ilə bağlı məhz təhsil müəssisəsi seçilib? Biz təhsil müəssisələrinin qorunması üçün xüsusi iş aparırıq”. 

LENT.AZ


В этом разделе