Kəbənin ətrafı genişlədiləcək

Məkkədə, Kəbənin olduğu Məscidi Haramı genişlətmə proyektiylə 1,2 milyon  daha çox insana ibadət etmə imkanı təmin ediləcək. Proyekt, bu gün Kral Abdullah tərəfindən başladılacaq.

Səudiyyə Ərəb News qəzetinin xəbərinə görə, yeni genişləmə proyekti ilə müasir zibil qabları yerləşdiriləcək və təhlükəsizlik sistemləri qurulacaq. Məscidin şimal bağçasına günəşdən qorunmaq üçün  xüsusi avadanlıqlar quraşdırılacaq. Tikiləcək əlavə qisim kondisionerli olacaq. Hərəkətli pilləkənlər qonaqlara rahatlıq təmin edəcək və hələ də istifadə edilən məscidə körpülərlə bağlanacaq.

Qəzetə danışan Məscidi Hərəmin başçı köməkçisi Məhəmməd Əl Huzeym, proyekt tamamlandığında yeni qisimdə təxminən 1,2 milyon adamın ibadət edə biləcəyini söylədi. Əl Huzeym, təvaf edilən bölgənin də genişlədiləcəyini və Məscidi Haramın bütün hissələrinin kondisionerli olacağını qeyd etdi. 

Bu yaxınlarda Məkkədə edilməsi planlaşdırılan şəhəriçi relsli daşıma sisteminin inşaatına 2013-də başlanacağı elan edilmişdi. Relsli sistemdə inşa əməliyyatlarının 2017-də start götürməsi planlaşdırılıb. Hər il həcc və ümrə üçün milyonlarla ziyarətçinin axınına uğrayan Məkkədə ciddi trafik sıxlığı yaşanır. Təxminlərə görə şəhərin öz əhalisi 2035-ə qədər iki qatına çıxaraq üç milyona çatacaq.

 

В этом разделе