
Vaxtaşırı müzakirə obyektinə çevrilən, faizlə və kapitalist maliyyə sisteminin digər ünsürləri ilə müqayisəsinə dair müxtəlif fikirlərin bildirildiyi İslam maliyyə bazarının ötən illərdə orta hesabla 20% böyüdüyü də hesabatda öz əksini tapıb.
Hesabat maliyyə işi ilə məşğul olan bir çox qurumun bu bazarın böyüməsindən agah olmadıqları, bundan dolayı da bir çox fürsəti fövtə verdikləri qeyd olunub. Həmçinin, hesabatda yaxın gələcəkdə beynəlxalq maliyyə bazarında başlıca fürsətlərin müsəlmanların çoxluq təşkil etdiyi, ancaq maliyyə bazarının az inkişaf etdiyi Yaxın Şərqdə, Pakistan və digər Şərqi Asiya ölkələrində yaranacağı da vurğulanıb. /AzeriMuslims/