”İrqçiliklə Mübarizə Konfransını boykot etmək irqçiliyi təsdiqləməkdir”

Media-İslam.Com saytının Fəsətin Xəbərə istinadən verdiyi xəbərə əsasən İslami Müqavimət Hərəkatı (Həmas,',0), ABŞ və bəzi Avropa ölkələrinin BM tərəfindən təşkil edilən “İrqçiliklə Mübarizə Konfransı”nı boykot etmələrinin, bu ölkələrin Sionistlərlə birlikdə hərəkət etdiklərini və eyni zamanda etdiklərinə göz yumduqlarını açıqca göstərdiyini söylədi.


Həmas spikeri Fevzi Burhum 20 Aprel Bazar ertəsi etdiyi açıqlamada belə dedi: “Birləşmiş Millətləri zəifliklərinə və səhv siyasətlərinə örtü edən bir çox ölkə, BM tərəfindən İsveçrənin Cenevrə şəhərində təşkil edilən irqçiliklə mübarizə mövzulu konfransı Amerika və İsrailin təzyiq, təhdid və şantajları nəticəsində boykot etdi. Amerika və İsrail, Fələstin xalqının haqq və hüququnun dağıntısı üzərində irqçi və həddindən artıq bir varlıq qərargahı düşünən Sionistlərin Fələstin xalqına qarşı etdikləri soyqırım, toplu qırğın və cinayətləri ortaya çıxaracaq bu konfransın boykot edilməsini istəyir.”

Bu ölkələrin konfransdan çəkilərək, irqçi Sionist varlığın Fələstinin günahsız və müdafiəsiz xalqına qarşı işlədiyi qorxunc cinayətləri örtmək istədiklərini ifadə edən Burhum, “Amerikanın bu konfransdan çəkilməsi isə bölgədə sülh və dincliyə çağıran və insan haqqlarına hörmətli olduğunu müdafiə edən Obamanın açıqlamalarına ziddir. Amerikanın çəkilmə qərarı, Sionistlərə qarşı həmişə tərəfdar olan ABŞ idarəsinin siyasətlərində heç bir dəyişiklik olmadığını da ortaya qoydu.” şəklində danışdı.

Media-islam.com


В этом разделе