İran, İsraildən şikayət etdi

İslam-Azerinin NTV-yə istinadlı xəbərinə görə, İran, İsrailin döyüş hədələrinə qarşı BMT Təhlükəsizlik Şurasını vəzifələri ilə məşğul olmağa çağırdı.

İranın BMT Səfiri Məhəmməd Hazai tərəfindən BMT Təhlükəsizlik Şurasına təqdim edilən şikayət məktubunda, "İsrailin İranı döyüşlə hədələməsi pislənilib və bunun normal bir iş olmadığını" ifadə edilib.

Məktubda, "Sionist rəsmilər, İrana yönəlmiş təhdidlərini hər fürsətdə təkrar edir. Bu təhdidlər, beynəlxalq hüququn pozuntusudur. BMT Təhlükəsizlik Şurası, İsrailə qarşı hərəkətə keçməlidir" ifadəsinə yer verib.

İslam-Azeri.az

В этом разделе