
Zatən sadə, lakin nurani və sərrast hikmətli buyuruşu ilə, günümüzün vücudi böhranlarından birinə işıq salmış olur böyük arif. Eyni mənzərə Vətənimiz üçün də xarakterikdir. Belə ki, yuxarıda sadalanan tikili nümunələrindən paytaxtımız üçün də, az-çox əyalətlərimiz üçün də misallar göstərmək olar. Amma günümüzün obyektiv və subyektiv səbəblərindən ortalığa çıxmış bu geniş imkanların qarşılığında demək olar ki, imkanlılar öz “olimpiya sükutlarını” azacıq istisnalarla pozmurlar. İstər paytaxtımızda, istərsə də əyalətlərdə bu gün yuxarıda sadalanan ünvanlara çox ciddi ehtiyacın olması heç kimə sirr deyil. Təbii ki, məkanına görə, bu siyahını, prioritetlər və lazımlılıq baxımından, daha da genişləndirmək və yerdəyişmələr də etmək olar.
Burada mühüm olan odur ki, bütün bunların baş tutmamasında səbəbin imkansızlığın deyil, əslində tofiqatsızlığın olmasının fərqinə varmaqdır. Tofiqat, yəni Allahın bəndəyə ləyaqətinə görə inayət etdiyi bir vücudi imkanlılıq. Yəni, məsələ fiziki və maddi imkanlılıqda deyil, insanların yetərsizliyində, ləyaqət tutumunun bəhrəsiz olmasındadır. Belə ki, maddi imkanlılığın belə bir nurani təzahür tapması üçün mənəvi imkanlılıq tofiqinin olması zəruridir.
Uca Allahdan belə bir mənəvi imkanlılıq tofiqatını hər birimizə nəsib etməsi diləyilə!
Hacı İlqar İbrahimoğlu
P.S. Yuxarıdakı yazı qətiyyən ənənəvi nihilistik deyinmə formatında anlaşmamalı, əksinə mövcud böhranın köklərinin araşdırma kontekstində qiymətləndirilməlidir.
P.P.S. Əgər yuxaıdakı yazı bircə nəfərin belə mənəvi imkanlılıq üfüqlərinin əmələ gəlməsinə kömək etmiş olarsa, əslində yazının hədəfi üçün kifayətdir. /deyerler.org