Həzrət Fatimənin (s.ə.) matəm mərasimlərinə Ayətullah Xameneyi də qatılacaq

İslam dünyasında İslam peyğəmbərinin əziz qızı Xanım Fatimənin (s.ə.) şəhadəti qeyd olunur

İslam təqvimində növbəti matəm gününün yaxınlaşması ilə əlaqədar müsəlman ölkələrində mərasimlər keçirilir. Belə ki, cəmadius-sani ayının 3-ü- aprelin 25-i İslam peyğəmbərin Həzrət Məhəmmədin (sallallahu əleyhi və alihi və səlləm) qızı Fatimeyi-Zəhranin şəhadət ildönümü günüdür. Bununla əlaqədar İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyi də təşkil olunan mərasimlərdə iştirak edəcəyini bildirib.

Qeyd edək ki, mərasimlər bu gecədən başlayaraq 5 gecə davam edəcək.

В этом разделе