Hamiləliyin 7-ci həftəsində dölün cinsini müəyyənləşdirmək cəmiyyətə nə verəcək?

 

Amerika Tibb Assosiasiyasının yeni elmi kəşfi nəticəsində artıq hamiləliyin 7-ci həftəsində dölün cinsini müyyənləşdirmək mümkün olacaq. Qurumun rəsmi saytında deyilir ki, ananın qanından götürülən DNT analizləri vasitəsilə orada tapılan "Y" xromosomuna görə dölün qız və ya oğlan olması aydınlaşdırılacaq. 

 

 

Amerika Tibb Assosiasiyasının yeni elmi kəşfi nəticəsində artıq hamiləliyin 7-ci həftəsində dölün cinsini müyyənləşdirmək mümkün olacaq. Qurumun rəsmi saytında deyilir ki, ananın qanından götürülən DNT analizləri vasitəsilə orada tapılan "Y" xromosomuna görə dölün qız və ya oğlan olması aydınlaşdırılacaq. 

Amerikalı alimlər, proqnozun 95 faiz doğru çıxdığına əmindir. Amma bu xəbər həm ölkə, həm də ölkədən xaricdə müəyyən debatlara səbəb olub. Belə ki, bir sıra müttəxəssislər bu yeniliyin əleyhinə çıxaraq nəticədə selektiv abortların daha da çoxalacağı qənaətindədir. 

Azərbaycanda uşağın cinsi daha çox ultrasəs müayinəsi ilə müəyyən olunur. Ölkəmizdə hamiləliyin 7-ci deyil, 12 -ci həftəsində ultrasəs müayinəsi nəticəsində dölün cinsini bilmək olur. Mama-ginekoloq Lətafət Əlizadənin sözlərinə görə, 11, 12 həftədən uşağın cinsi təyin edilir. Ancaq bu barədə deyilmir: “Yalnız pataloji xəstəlikləri, astma bronxial, ürək qan damar xəstəlyi olanda, tibbi göstərişlə biz onların cinsiyyətini müəyyənləşdiririk». Hamilə qadınlarla söhbətdən məlum olur ki, onların əksəriyyəti uşağın oğlan və ya qız olmasını müxətilf üsullarla öyrənməyə çalışırlar. 

Hazırda həkimlərin valideynlərə körpələrin cinsi haqda məlumat verməsi qanunvericiliklə qadağan olunmur. Amma parlamentin payız sessiyasında qəbul olunması gözlənilən yeni qanunda müəyyən hallar istisna olmaqla, uşağın cinsiyyətini deyən tibb işçilərinin cərimələnməsi nəzərdə tutulur. 

Millət vəkili Musa Quliyev deyir ki, dünya təcrübəsində əgər tibbi göstəriş yoxdursa, ümumiyyətlə uşağın cinsinə görə müayinə aparılmır: “Uşağın cinsinin təyin olunmağında maraqlı olan iki tərəfdir. Həm valideyn maraqlıdır. Həm də həkimin marağı var. Ona görə də cərimə sanksiyası tətbiq olunmalıdır. Hər ikisinə də». 

Musa Quliyevin fikrincə, qadağalar eyni zamanda bir sıra qeyri-qanuni hallara da yol aça bilər. Yəni bu işlə məşğul olan gizli klinikalar, digər müəssisələr yarana, eyni zamanda tibb işçilərinin arasında müəyyən rüşvət almalar meydana çıxa bilər. 

Bəs görəsən, ultrasəs müayinənin nəticələrini açıqlamağı, eləcə də selektiv abortu qadağan edəcək qanuna ehtiyac varmı? Statistikaya nəzər salsaq, aydın olur ki, hazırda Azərbaycanda əhalinin 49 faizini kişilər, 51 faizini isə qadınlar təşkil edir. Yeni doğulan uşaqlar arasında əksinə oğlanların sayı çoxluq təşkil edir. 2011-ci ilin ilk 3 ayı ərzində 39 min uşaq doğulub. Onlardan 53,8 faizi oğlan, 46,2 faizi qızdır. 

/anspress.com/

 

В этом разделе