Hacı Şahin: "İlk dəfə şəhid kəlməsini 20 yanvar hadisəsindən eşitmişəm"

1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktından 22 il ötür

20 yanvar hadisəsi haqqında fikirlərini Deyerler.Org-la bölüşən Məşhədi Dadaş məscidinin imam-camaatı, ilahiyyatçı-alim Hacı Şahin Həsənli bunları deyib: “20 yanvar fədakarlıq tarixidir. Azərbaycan xalqının öz haqları uğrunda mübarizəsinin parlaq nümunəsidir. 20 yanvar hadisəsinin canlı şahidi olmuşuq. Mən ilk dəfə şəhid kəlməsini 20 yanvar hadisəsindən eşitmişəm. Bundan sonra şəhidlik məktəbi haqqında maraqlanmışam. 20 yanvar şəhidləri şəhidlik mövzusunu yenidən gündəmə gətirdilər. Bu hadisə Azərbaycan xalqının İmam Hüseynin (ə) şəhidlik məktəbinə sədaqətliliyini nümayiş etdirdi”.

В этом разделе