Fərhad Əliyevin Bakı Apellyasiya Məhkəməsinin hakiminə qarşı iddiası üzrə kasasiya şikayəti rədd edilib

Sabiq nazir şikayətində sağlamlığın qorunması və tibbi yardım almaq, şəxsi həyatına hörmət hüquqlarının pozulmasının təsdiq edilməsini xahiş etmişdi

Ali Məhkəmədə sabiq iqtrisadi inkişaf naziri Fərhad Əliyevin Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynova qarşı iddiası üzrə kasasiya şikayətinə baxılıb. F. Əliyevin vəkili İsaxan Aşurov ANS PRESS-ə bildirib ki, kasasiya şikayətində sağlamlığın qorunması və tibbi yardım almaq, habelə şəxsi və ailə həyatına hörmət hüquqlarının pozulmasının təsdiq edilməsi xahiş edilib. Hakim Günəş Xudaverdiyevanın sədrlik etdiyi məhkəmə kasasiya şikayətini rədd edib. 

Qeyd edək ki, F. Əliyev sağlamlığın qorunması və tibbi yardım almaq, habelə şəxsi və ailə həyatına hörmət hüquqlarının pozulmasının təsdiq edilməsi ilə Yasamal rayon Məhkəməsində iddia qaldırıb. Yasamal rayon Məhkəməsi iddianı rədd edib. Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. 

Anar Məmmədov /ANS PRESS/


В этом разделе