Fəqihlərin hamısına ev alınsa, növbə mənə də çatar- Ayətullah Sistani

"Ayətullah Sistaninin evi yoxdur"

İslamazeri.az-ın Şəfəq Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, Ayətullah Sistaninin Avropa və Amerika üzrə nümayəndəsi Seyid Kəşmiri, şiələrin dünyada xüsusilə Avropada hörmətli sahib olduqlarını ifadə edərək, müsəlmanların pis tanınmasına səbəb olan həddindən artıq ifratçı qrupların məntiq və davranışlarını qınayıb.

İslam dinini Qərbə izah etməyin zamanının çoxdan gəldiyini bildirən Kəşmiri, bunun üçün məntiqli hərəkət edilməli olduğunu və İslamı doğru-düzgün şəkildə çatdırmaq üçün yalnız Əhli-Beyt məktəbindən faydalanmağın zəruriliyini önə çəkib.   Höccətül İslam Seyid Kəşmiri, Ayətullah Sistaninin sadə həyatı, hadisələr mövzusundakı dəqiq təhlilləri, beytülmal mövzusundakı həssaslığını nümunə olaraq göstərib. Ayətullah Sistaninin gənclərə tövsiyəsinin iman, elm, elm əhli ilə ünsiyyətdə olmaq, xalqa qarşı şəfqətli olma və ana dilinin qorunmasının, olduğunu bildirən Kəşmiri islam dininin təbliğində bunların önə çəkilməli olduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda Əhli-Beyt məktəbinin tanıdılması üçün hər hansı maneə yoxdur. Digər məzhəb mənsubları ilə şiələrin arasında da hər hansı bir ixtilafın olmadığını deyən Seyid Kəşmiri bəzi mətləblərə aydınlıq gətirib.  
“Bəzi qruplar və İslam düşmənləri şiələrin bu cür yüksəlişini təxmin edə bilmirdilər. Nəcəfin mövqeyinin yox olacağını düşünürdülər. Halbuki Ayətullah Sistaninin vücudu Nəcəfi qorudu. Şiənin mövqeyini zəiflədə, yüksəlişinin qarşısına ala bilməyəcəklərini görəndə isə düşmənlər bu dəfə də əllərindən gələn hər cür əxlaqsız yola müraciət etməyə başladılar. Şiənin dini mərciyyət mövqeyinin təsirini azaltmaq üçün böhtan və qarayaxma kampaniyasına başladılar. Lakin buna da nail ola bilmədilər.  

“İngiltərə, Amerika, Almaniya, İsveçrə, Hollandiya başda olmaqla bütün Avropada mərkəzlərimiz var”

Eyni zamanda “Avropa İmam Əli (ə) Müəssisəsi”nin də rəhbəri olan Seyid Kəşmiri, İngiltərədə "İmam Əli (ə)" "İmam Həsən (ə)" və "İmam Cavad (ə)" müəssisələrini açdıqlarını yaxında İmam Rza (ə) mərkəzinin də açılışını edəcəklərini söyləyib. Avropa və Amerikadakı digər mərkəzlər haqqında da məlumat verən Kəşmiri deyib ki, Hollandiyada "Əl-Küfə" təhsil araşdırma mərkəzi, İsveçrədə mədəniyyət mərkəzi, Amerikada "İmam Mehdi" müəssisəsi fəaliyyət göstərir. Bundan başqa  Almaniyada mədəniyyət və təhsil mərkəzləri var ki, burada əsas hədəf islam dininə və insanlara xidmət etməkdir.  

“Ayətullah Sistaninin cəmi iki paltarı var”  

Seyid Kəşmiri Ayətullah Sistaninin beytülmaldan əsla istifadə etmədiyini sadə bir həyatı olduğunu söyləyib: "Ayətullah Sistaninin illərdir cəmi iki ədəd ruhani paltarı var, israf mövzusunda çox həssasdır. Londona göz əməliyyatı üçün gələndə beytülmaldan xərclənməsinə əsla icazə vermədi. Kiçik bir yer kirayəyə götürdük, orada ziyarətçilərini qəbul etdi. Xüsusilə gənclərin Avropada yeni texnologiya öyrənərək öz ölkələrinə faydalı olmaları mövzusunda tövsiyələri oldu."  

“Əvvəlcə Qum və Nəcəfdəki bütün fəqihlərə ev alın sonra növbə mənə çatanda düşünərik”  

Ayətullah Sistaninin yaşadığı kiçik evi haqqında da məlumat verən nümayəndəsi bunları deyib: "Bir imkanlı şəxs Ayətullah Sistaniyə yaşadığı evin çox köhnə və kiçik olduğunu və icazəsi ilə ona yeni ev almaq istədiyini deyib. Lakin Ayətullah Sistani bu təklifi qəbul etməyərək Qum və Nəcəfdəki fəqihlərin hamısına ev ala bilsə ondan sonra özünə növbə çatanda düşünə biləcəyini deyib. Ayətullah Sistaninin özünün evi yoxdur. Olanlarının da hamısı vəqf edilmiş yerlərdir."  

Ayətullah Sistaninin uşaqları haqqında da danışan Seyid Kəşmiri, onun övladlarının saleh və alim insanlar olduğunu, xüsusilə büro məsulu böyük oğulu Seyid Məhəmməd Rzanın Ayətullah Xoyinin tələbələrindən olduğunu, ali səviyyə ictihad və fiqh dərsləri verdiyini söyləyib.

В этом разделе