Ermənistanda sərhədlərin açılması əleyhinə imzatoplama kampaniyası başlayıb

Ermənistanın Keghart.com internet saytında Ermənistan-Türkiyə sərhədlərinin açılmasına etiraz məqsədilə imzatoplama kampaniyası başlayıb.


Saytda yerləşdirilmiş yazıda bildirilir ki, Ermənistan sakinlərinin böyük əksəriyyəti, eləcə də diaspora nümayəndələri «erməni soyqırımı»nın anım günü ərəfəsində Ermənistan, Türkiyə və İsveçrə xarici işlər nazirliklərinin «yol xəritəsi»nin hazırlanması ilə bağlı bəyanatını pisləyir: «Tələsik və gizli şəkildə əldə olunan razılaşma ciddi narahatlıq yaradır. Sənədin mövcud vəziyyəti Ermənistanda yalnız hakimiyyətin maraqlarına xidmət edir. Onlar (hakimiyyət) utanmazcasına kənar təzyiq və maraqlara əyilməklə Ermənistanın təhlükəsizliyinə ciddi zərər vurublar». 
«Armenia Today» agentliyinin məlumatına görə, saytdakı səsermədə iştirak edənlərin 75 faizi hazırkı şərtlərdə sərhədlərin açılmasına qarşı çıxıb.

ANS PRESS


В этом разделе