Ən çox təqlid olunan müctəhid Ayətullah Sistanidir

Saytımızın keçirdiyi sorğu başa çatıb

313news.net portalında keçirilən sorğu başa çatıb. Sayt istifadəçiləri "Hansı müctəhidi təqlid edirsiniz?" sualını cavablandırıblar.

Sorğuda 555 nəfər iştirak edib. Sorğunun nəticələrinə əsasən istifadəçilərin təqribən 43%-i İraqın ən nüfuzlu din alimi Ayətullahul-uzma Seyid Əli Sistanini təqlid edir.

Həmçinin səs verənlərin təqribən 34%-i İran İslam İnqilabının lideri Ayətullahul-uzma Seyid Əli Xameneyini təqlid etdiyini bildirib.

Digər müctəhidləri təqlid edənlərin faiz dərəcələri təqribən aşağıdakı kimi olub:

Ayətullahul-uzma Lənkərani (r.)- 12%, Ayətullahul-uzma Məkarim Şirazi-9%, Ayətullahul-uzma Xorasani-2%, Ayətullahul-uzma Behcət (r.)- 1%

İndi isə saytın 1 illik fəaliyyətini dəyərləndirmək üçün yeni sorğuya start verilib:  "Saytımızın fəaliyyətini necə qiymətləndirirsiniz?"

Sizi sorğuda aktiv iştirak etməyə dəvət edirik. Sorğuya keçid: http://fetva.313news.net/poll/o-2.html

В этом разделе