Dürdanə xanım Cəfərli: “İnsanlara uydurma iddialarla rəhmsizcəsinə öz övladının canına qıyması təfəkkürünün aşılanması - ağlasığmazdır”.

ABŞ-da fəaliyyət göstərən sektalardan birinin üzvü olan ana öz iki yaşlı oğlunu sektaya məxsus sözü deyə bilmədiyinə görə acından öldürdüyünü etiraf edib. Cinayətdə ittiham olunan ana Ria Ramkissun işinə Merilend ştatının Baltimor şəhər məhkəməsində baxılır. Qadın iki yaşlı körpə balasını 2007-ci ilin yanvar ayında qətlə yetirib, - Lenta.ru xəbər verir.

Qadının daxil olduğu sektanın rəhbəri “Şahzadə Antuanetta”, ananın iki yaşlı uşağı Ceyvon Topmsonun “iblis” olduğunu bildirib, belə ki, uşaq yeməyini yedikdən sonra sektaya müvafiq olan sözü deyə bilməyib. Uşaq öldükdən sonra ana və bir neçə sektant Deyvonun ətrafında rəqslər edərək onun yenidən dirilməsini istəyiblər. Sekta Merilend ştatından Pensilvaniya ştatına köçürülərkən onlar uşağın meyitini də özləri ilə götürüblər.

Bu ağlasığmaz cinayətlərə qol qoyan sekta üzvlərinin bu hərəkətlərini çox acınacaqlı hal kimi xarakterizə edən ilahiyyatçı-alimə Dürdanə xanım Cəfərli bunu rəhimsizlik kimi qiymətləndirmişdir. “Dəyərlər”ə açıqlamasında Dürdanə xanım bildirmişdir: “Təbii ki, bu çox acınacaqlı bir haldır. İnsanlara uydurma iddialarla rəhmsizcəsinə öz övladının canına qıyması təfəkkürünün aşılanması - ağlasığmazdır. Bu - sektaların bütün insanlıq üçün nə dərəcədə təhlükəli olduğunun göstəricisidir. Yalnız qatil ana deyil, bu yanlış inancları insanlara aşılayanlar da cəzalanmalıdırlar”.

Sonda qeyd edək ki, Baltimor şəhər məhkəməsi əvvəlcə qadın üçün maksimal olaraq 30 il həbs nəzərdə tutsa da, sonradan onun səmimi etiraflarına görə bu müddət 20 ilə endirilib. Uşağın ata tərəfdən olan qohumları isə bunu qadın üçün yüngül cəza hesab edirlər.("Dəyərlər" AİN)

В этом разделе