
Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq 29 dövlət orqanında müsabiqəyə təqdim edilmiş 663 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulunun müddəti 9 aprel 2009-cu il saat 18:00-dək uzadılıb.
Müsabiqənin test imtahanı mərhələsi 2009-cu il 25 aprel tarixdə Bakı şəhərində keçiriləcək. /LENT.AZ