Bu saatadək ramazan ayının hilalı görünməyib

Səudiyyə Ərəbistanı isə artıq orucluq barədə fətva verib

Mübarək ramazan ayının başlanması ilə əlaqədar olaraq hal-hazırda dünyanın bir çox ölkələrində müşahidələr gedir. 313news.net-in "moonsighting"ə istinadlı məlumatına görə, Avstraliya, Filippin, Bruney, İndoneziya, Qətər, CAR, Tanzaniya və Namibiyada aparılan müşahidələr də yeni Ay görünməyib.

Həmçinin İran İslam İnqilabı rəhbərinin ofisi də hələlik ramazan ayı ilə bağlı fətva verməyib.

Səudiyyə Ərəbistanı isə sabahı ramazan ayının 1-ci günü elan edib. Ölkənin ali məhkəməsi verdiyi fətvada bildirir ki, ramazan ayının əvvəli sabit olub.

В этом разделе