Bu gündən hərbi xidmətə çağırış başlayır

Xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə ayın axırına kimi ehtiyata buraxılacaqlar Bu gündən ölkədə həqiqi hərbi xidmətə çağırış başlayır. Prezidentin müvafiq fərmanına uyğun olaraq 1991-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1974-1990-cı illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır. «Hərbi xidmət haqqında» qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar aprelin 30-dək ehtiyata buraxılacaqlar./ANS PRESS/

В этом разделе