Bu gün Qədir-Xum (Vilayət) günüdür!

18 zilhiccə-6 dekabr Vilayət bayramıdır.  18 zilhiccə-6 dekabr Vilayət bayramıdır. İslam peyğəmbəri həzrət Məhəmmədə (s) vəhy olundu ki, camaata desin: “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.”
  Lakin Peyğəmbər (s) bu mövzunu camaata açıqlamaqdan çəkindi. Sonra o həzrətə yenidən vəhy olundu: “Ey Peyğəmbər! Rəbbinin tərəfindən sənə nazil olanı (camaata) çatdır! Əgər bu işi görməsən, ilahi risaləti yerinə yetirməmisən. Allah-taala səni camaatın (şərrindən) qoruyar.”
  Peyğəmbər (s) də “Qədiri-Xum”da həzrət Əlinin (ə) əlini göyə qaldırıb, buyurdu: “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.”[46]
  İmam Baqir (ə) buyurub:
  “Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) – “Qədir-Xum”-da müsəlmanlara xitab edərək – buyurdu:
  “Ey camaat, sizə, sizin özünüzvən də artıq ixtiyar sahibi olan mövla və başçınız kimdir?”
  Onlar cavab verdilər: “Allah və Onun Peyğəmbəridir.”
  Bu cavabdan sonra o həzrət üç dəfə buyurdu: “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, onu sevəni sev və onunla düşmən olana düşmən ol! İlahi, ona kömək edənə köməkçi ol və ondan öz köməyini əsirgəyənə Sən də köməyini əsirgə!..”


В этом разделе