Bu gün müqəddəs "üç aylar" başlayır

İslam dünyası rəcəb ayının əvvəlini qeyd edir

Bu gün hicri-qəməri təqvimlə rəcəb ayının 1-idir. Təqvimin bu günü həm də müsəlman aləmində müqəddəs "üç aylar"ın başlanması ilə səciyyələnir. Belə ki, İslam qaynaqlarında rəcəb, şəban və ramazan ayları rəhmət və ibadət ayları kimi qeyd olunur.

Bu gün həm də müsəlmanların 5-ci imamı İmam Məhəmməd Baqirin (ə) mövlud günüdür. İmam Baqir (ə) hicri 58-ci ildə müqəddəs Mədinə şəhərində doğulub. 59 il ömür sürən Həzrət, 23 il İslam ümmətinə rəhbərlik edib.

İmam Məhəmməd ibn Əli (ə) 114-cü ildə xəlifə Hişamın əmri ilə zəhərlənərək, şəhid oldu. Onun pak cənazəsi Mədinədə "Bəqi" qəbirstanlığında, digər imamların (ə) yanında dəfn edildi.

В этом разделе