Bu gün İmam Nəqinin (ə) şəhadət günüdür

İslam dünyası üçün ağır günlərdən biri qeyd olunur

Rəcəb ayının 3-ü müsəlmanların 10-cu imamı Həzrət Əli ibn Məhəmməd Nəqinin (ə) şəhid edildiyi gündür. İmam (ə) hicrətin 212-ci ilində Mədinədə dünyaya göz açıb. Kiçik yaşlarından atası İmam Təqini (ə) itirən İmam Hadi (ə) 42 il yaşamış və 34 il müsəlmanlara rəhbərlik etmişdir.

İmam Hadi (ə) hicrətin 254-cü ilində zəhərlənərək şəhid edilib. Mübarək məzarı İraqın Samirə şəhərində yerləşir.

Bu hüznlü, imam Әliyyən-Nəqinin (ə) şəhadətə yetişdiyi gündə bütün dünya müsəlmanlarına başsağlığı veririk.

 

В этом разделе