7 noyabr- 30 zil-qədə Əhli-beytin 9-cu imamı Məhəmməd Təqi əleyhissalamın şəhid edildiyi gündür
95-ci Hicri ilin Rəcəb ayının onunda şiələrin intizarı sona çatdı və həzrət imam Məhəmməd Təqi əleyhissalam Xəyzəran adlı anasından dünyaya gəldi. Xəyzəran Peyğəmbərin həyat yoldaşı olan Mariyə Qibtiyyənin nəslindən idi ki, ərəblərin arasında paklıq və insanlıq kimi dəyərli sifətlər ilə tanınmışdır.
Həzrətin ləqəblərinə misal olaraq Təqi və Cavad adlarını nümunə göstərmək olar.
Imam Rza əleyhissalamın bacısı Həkimə belə deyir: «Həzrətin dünyaya gəldiyi gecə qardaşım mənə əmr etdi ki, həyat yoldaşının yanında olum. Körpə dünyaya gəldikdən sonra göyə baxıb tövhid və islam peyğəmbərinin risalətinə şəhadət verdi. Mən bu hadisədən sarsılaraq qardaşımın yanına gəlib əhvalatı olduğu kimi ona danışdım. Qardaşım isə mənim cavabımda belə buyurdu: «Bacı, narahat olma hələ bundan sonra da maraqlı hadisələrin şahidi olacaqsan.»
Bu təvəllüd çox mübarək və ümidverici idi. Çünki şiələri çaşqınlıq və şək-şübhədən qurtarmışdı.
Bu barədə Növfəli belə demişdir: Həzrət Rza əleyhissalamdan Xorasan səfəri əsnasında «mənə görə bir əmriniz yoxdurmu?» - deyə soruşdum. Həzrət (ə) buyurdu: «Sən məndən sonra övladıma tabe olmalı və məsələlərini ondan soruşmalısan.»
Imam (ə) həmişə əshabına belə buyururdı: «Mənə yazıb məndən soruşmağınız lazım deyil. Məndən sonra imam olan bu balaca uşaqdan soruşun.» Әshabından bə᾽ziləri bu uşağın ümmətə rəhbərlik vəzifəsini necə yerinə yetirəcəyini təəccüblə soruşduqda, o həzrət (ə) buyurardı: «Allah-taala həzrət Isanı Әbucə᾽fərdən daha kiçik ikən peyğəmbərliyə seçdi. Peyğəmbərlik və imamlıqda yaşın müəyyən bir tə᾽siri yoxdur.»
Doqquzuncu imam həzrət Cavad (ə) doqquz yaşında ikən imamlıq vəzifəsinə çatdı. Imamın səhabələrindən biri bu barədə belə deyir: «Mədinədə o həzrətin əmisi Әli ibni Cə᾽fər xalq arasında xüsusi hörmət sahibi idi və hər vaxt məscidə gəldikdə hamı ətrafına yığışıb məsələlərini ondan soruşurdular.»
Imamın şəhid olması barədə müxtəlif rəvayətlər nəql olunmuşdur. Böyük tarixçi Ibni Şəhraşub bu barədə belə yazıbdır: Mö᾽təsim imama qarşı bəslədiyi kin-küdurət üzündən imamın arvadı Ümmü Fəzli o həzrəti öldürməyə təhrik etdi. Müxtəlif və᾽də və həvəslər Ümmü Fəzli imamı zəhərləyib şəhid etməyə vadar etdi. O həzrət (ə) 25 yaşında ikən, şəhid olundu. Pak bədənini babası imam Museyi Kazim əleyhissalamın qəbrinin yanında torpağa tapşırıldı. Bu iki imamın məzarı Kazimeyn adı ilə tanınır və şiələrin ziyarətgahıdır.