Bu gün İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günüdür

Səfər ayının 20-si Ərbəin günüdür

Bu gün İslam peyğəmbərinin (s) nəvəsi müsəlmanların 3-cü imamı Həzrət Hüseyn ibn Əlinin (ə) şəhadətinin 40-cı günüdür. Bu gün Ərbəin adlanır. Ərbəin gününün İslam tarixində və müsəlmanların nəzərində böyük əhəmiyyəti vardır.

Ərbəin günündə Peyğəmbərin (s) əziz səhabəsi Cabir ibn Abdullah (r) İmam Hüseyni (ə) ziyarət etmişdir. Həmçinin əsirlikdən azad edilmiş Peyğəmbər (s) əhli-beyti Kərbəlaya qayıtmış, İmamı (ə) ziyarət etmişlər. Rəvayətlərə əsasən, İmam Hüseynin (ə) kəsilmiş başı bu gündə oğlu  İmam Səccad (ə) tərəfindən Kərbəlaya gətirilmiş və cənazəsinin yanında dəfn edilmişdir.

Bu hüznlü gün münasibətilə müsəlmanların hazırkı imamı Həzrət Vəliyyi-əsr (ə.f.) başda olmaqla bütün İslam dünyasına baş sağlığı veririk!

В этом разделе