Bu gün İmam Baqirin (ə) mövlud günüdür

Səfər ayının 3-ü müsəlmanların 5-ci imamının (ə) mövlud günüdür

Beşinci imam həzrət Məhəmməd Baqir əleyhissalam 57-ci hicri ildə Mədinədə dünyaya gəldi. Babasına çox bənzədiyi üçün o həzrətin adını Məhəmməd qoydular. Elmin sirlərini aşkar etdiyinə görə isə ona Baqir ləqəbini verdilər.

Atası həzrət Səccad (ə), anası isə imam Həsən əleyhissalamın qızlarından sayılan Fatimə idi. O həzrət (ə), nəsli həm ata, həm də ana tərəfindən həzrət Peyğəmbərə (s) çatan ilk imam sayılır.

O həzrətin ədəb və tərbiyyəsi haqqında belə yazıblar:

«Heç vaxt ucadan gülməz, həmişə ahəstə və ədəbli danışardı». Imam Məhəmməd Baqir əleyhissalam heç vaxt əsəbləşməzdi, həmişə rastlaşdığı adama hörmət göstərib onunla mehribanlıqla görüşərdi. Özü isə bu haqda belə buyurur:

«Bu iş ürəkləri bir-birinə yaxınlaşdırıb, düşmənçilikləri aradan qaldırar».

Imam dua edərkən çox ağlar amma heç vaxt ucadan, hönkür-hönkür ağlamazdı. Danışarkən sözünü Allah adı ilə başladığı kimi Allah adı ilə də bitirərdi.

Nəhayət Imam Məhəmməd Baqir əleyhisslam illərlə zəhmət və islam maarif və mədəniyyətinə xidmət etdikdən sonra hicri 114-cü ilin Zilhəccə ayının 4-də 59 yaşında ikən, Hişamın əmri ilə zəhərlənib şəhid oldu. O həzrətin pak bədənini Bəqi qəbristanlığında, başqa imamların yanında torpağa tapşırdılar.

В этом разделе