Bu gün Həzrət Əlinin (ə) mövlud günüdür

İslam təqvimində daha bir bayram günü qeyd olunur

Bu gün 4 iyun- 13 rəcəb müsəlmanların 1-ci imamı əmirəl-möminin Həzrət Əli ibn Əbi Talibin (ə) mövlud günüdür. Həzrət Əli (ə) hicrətdən 23 il əvvəl Məkkədə mübarək Kəbə evində dünyaya gəlib. 10 yaşında İslamı ilk qəbul etmək şərəfinə çatan Həzrət (ə) daim İslam peyğəmbəri (s) ilə çiyin-çiyinə mübarizə aparıb. 33 yaşında Peyğəmbər (s) tərəfində müsəlmanlara imam və xəlifə təyin olunub.

Həzrət hicri 40-cı ildə ramazan ayının 19-cu gecəsində 63 yaşında Kufə məscidində xəvaric ibn Mülcəm (l) tərəfindən aldığı qılınc zərbəsi ilə şəhadətə çatıb.

Bu şərafətli gün münasibətilə bütün müsəlmanları təbrik edir, İmam Əlinin (ə) bu dünyada ziyarətini, axirətdə isə şəhadətini arzu edirik!

В этом разделе