Bu gecə 2-ci əhya gecəsidir

Bu gecə İmam Əli (ə) şəhid olub

Ramazanın 20-dən 21-nə keçən gecə ikinci Qədr gecəsidir. Quran məhz Qədr gecəsində Peyğəmbərə (s) nazil olub və ehtimal edilir ki, bu, məhz Ramazanın 20-dən 21-ə keçən gecəsidir.

Qədr gecəsinin konkret hansı gecə olduğu bəlli deyil. Amma Peyğəmbər(s) və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü gecələrindən biridir.Bu gecədə oyaq qalıb ibadət etməyin böyük savabı vardır.

Ramazanın 20-dən 21-nə keçən gecə digər bir hadisə ilə də əlamətdardır. Hicri tarixi ilə 40-cı ildə müsəlmanların birinci imamı Əli (ə.s) dünyasını dəyişib. Həzrət Əli (ə.s) birinci Qədr gecəsi məsciddə namaz qılarkən ibn Mülcəm tərəfindən qılınc zərbəsinə məruz qalıb, 2 gün sonra isə şəhid olub. İmam Əli (ə.s) bəşər övladı olaraq yeganə şəxsdir ki, dünyaya Kəbədə gəlmiş, dünyasını isə Allah evində dəyişmişdir.

В этом разделе