Beynəlxalq Hava Limanında meyit tapılıb

Mayın 3-də saat 07.20 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Şərur rayon sakini, 1936-cı il təvəllüdlü Şamo Kazımovun meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, meyitin üzərində zorakılıq əlamətləri olmayıb. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

ANS PRESS


В этом разделе