BAZARLARDA BAYRAM HƏYƏCANI

Bayramqabağı bazar qiymətlərində dəyişiklik yaşanır Bərdə bazarında bayram təlaşı qiymətləri dəyişdirib. Müşahidə olunan canlanma bəzi işbazların qiymətləri süni şəkildə artırmasına səbəb olub.

Qiymətlər əvvəlki günlərdən nəzərə çarpacaq dərəcədə yüksəlib. Hətta bəzi məhsullarda bu artım 30-50%təşkil edir.

Qiymətin bahalaşması ən çox tərəvəz məhsullarında, çərəzlərdə müşahidə olunur. Bayram günü süfrələrini boş qoymaq istəməyən alıcılar məcbur olub bazarlıq etsələr də,təbii ki, xeyli narzadırlar.

Bazarda ev quşları da bahalaşıb. Əsas qiymət artımı hind quşlarında müşahidə olunur. Əvvəllər 20 manata satılan hind quşlarının qiyməti hazırda 30-35 manat arasında dəyişir.

Satıcıların sözlərinə görə,qiymət artımına səbəb məhsulların bazara çıxışının baha başa gəlməsidir. Çərəz və tərəvəz məhsulları respublikanın Şimal bölgəsindən gətirilsə də,bu tələbatı tam ödəmir.XezerXeber


 

В этом разделе