Bayramın bazar günü olması ehtimalı var

Mütəxəsislər hilalın görünəcəyi tarixi təhlil ediblər

Artıq mübarək ramazan ayı başa çatmaq üzrədir. 313news.net-in "Fars" xəbər agentliyinə istinadlı xəbərinə görə, "Tehran Hilalı müşahidə mərkəzi"nin rəhbəri höccətül-islam Məhəmməd Təqdiri şəvval hilalının görünəcəyi tarixlə bağlı açıqlama verib: "Artıq ramazan ayının son günlərini yaşayırıq. Bununla bağlı mütəxəsislər öz fikirlərini bildirirlər. Şənbə günü (iyulun 18-i) cənubi Afrika, mərkəzi və cənubi Amerikada Ay adi gözlə görünəcək. Qeyd edilən halda həmin ərazilərdə yeni ayın əvvəli və bayram sabit olacaq".

Mütəxəsis bizim regionla bağlı isə qeyd edib: "İran, İraq, Ərəbistan, Əfqanıstan, Misir, Liviya, Fars körfəzi ölkələri, Pakistan, Hindistan və Yaxın Şərq ölkələri və şimali Amerikada ramazan ayının 29-cu günü axşamçağı hilalın adi gözlə yaxud teleskopla görünməsi qeyri-mümkündür. Lakin həmin gün ərzində güclü teleskoplarla və ixtisaslaşmış rəsədxanalar vasitəsilə görünməsi mümkün ola bilər".

Məhəmməd Təqdiri bildirib ki, əgər qeydolunan baş versə, Vəliyyi-fəqihin nəzərində ramazan ayı 29 gündən tamam olacaq və bazar günü fitr bayramı olacaq.

В этом разделе