Bakının bolşeviklərdən azad edilməsindən 91 il ötür

Jurnalistlər və tələbələr arasında «Bakının qurtuluşu» mövzusunda müsabiqə elan edilib

Türk ordu komandiri Nuru Paşanın başçılığı ilə Bakının bolşeviklərdən azad edilməsinin 91 ili tamam olur. Bu münasibətlə Türkiyə Universitetləri məzunları ictimai birliyi bir sıra tədbirlər planı hazırlayıb. Əvvəlcə yüzlərlə türk əsgərinin həlak olduğu Göyçay və Nuru Paşanını uzun müddət yaşadığı Gəncə şəhərində bir sıra görüşlər və konsert proqramı keçiriləcək. Yazılı mətbuat nümayəndələri üçün isə jurnalistlər və tələbələr arasında «Bakının qurtuluşu» mövzusunda müsabiqə elan edilib. Sentyabr ayında Yaşıl Teatrda Bakının işğalçılardan azad edilməsinin 91 iliyinə həsr ediləcək təntənəli mərasimdə müsabiqə qaliblərinin mükaftlandırılması da nəzərdə tutulur. /ANS TV/

В этом разделе