
Məlumatda bildirilir ki, Bakının Yasamal rayonu, Badamdar qəsəbəsi, T. Məmmədov küçəsində yerləşən, Müdafiə Nazirliyinə məxsus, fəaliyyətdə olmayan hərbi hissədə güclü yanğın olub. Hadisə yerinə gələn 6 yanğınsöndürən maşın iki saat ərzində yanğının qarşısını tam ala bilib. Yanğın nəticəsində xəsarət alan olmasa da, hərbi hissəyə məxsus tikilinin 230 kvadrat metr sahəsi yararsız hala düşüb.
Yanğının səbəbləri barədə hələlik heç bir açıqlama verilmir. Faktla bağlı araşdırma aparılır.