Azərbaycan ictimaiyyəti məscidofobiyaya etiraz edir

Artıq 3 ay tamam olacaqdır ki, Azərbaycan “İslam mədəniyyətinin paytaxtı” adını daşımaqdadır. Bu nə qədər gözəl, şərəfli səslənsə də ölkədə bir o qədər bu missiyaya tam əks hadislər cərəyan etməkdədir. 

Öncə Yevlaxda məscid ərazisinin qəsbinə cəhdlər edildi (19 aprel 2009). Sonra müqəddəs Şəhidlər Xiyabını ərazisində yerşələşən "Şəhidlər Camesi" təmir adı ilə bağladıldı (25 aprel 2009 (14:00-da)). Bu bağladılma xəbərdarlıqsız və müddəti elan edilmədən həyata keçirildi. Daha sonra isə Yasamal rayonunun M.Muxtarov küçəsi 190 ünvanında yerləşən “Peyğəmbərimiz Muhəmmədin (s) məscidi” adlı məscid yerlə yeksan edildi (26 aprel 2009 gecə saatlarında). Baş verənlər haqqında nə düşündüklərini, onların nəzərində bunların nə anlamına gəldiyini araşdırmaq üçün blits-sorğuya start verdik. Beləliklə, aşağıdakı sualla ölkənin ictimai-siyasi xadimlərinə müraciət etdik.

- Son günlər Yevlaxda məscid ərazisinin qəsb edilməsini, “Şəhidlər Camesi”nin bağladılmasını və “Peyğəmbərimiz Məhəmmədin (s) məscidi” adlı məscidin yerlə yeksan edilməsi kimi hadisələri necə dəyərləndirirsiniz?

Arif Əliyev - “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri :
- Bir vətəndaş kimi deyə bilərəm ki, əlbəttə bunlar narahat edən məsələlərdir. Mətbuatdan aldığımız məlumatlar da çox düşündürücüdür. Açığı, insanları daha çox narahat edən məsələ bu hadisələrin hansısa siyasi mülahizələrlə, siyasi münasibətlərlə bağlı olması ehtimalıdır. Çünki əgər həqiqətən bu belədirsə - vətəndaşların dini ehtiyaclarını, dini hisslərini hansısa siyasi münasibətlərə qurban vermək olmaz. Hər halda belə ardıcıl faktlarla Azərbaycanda nə əvvəllər, nə də postsovet dövründə rastlaşmamışdıq. Bunların birdən-birə ardıcıl baş verməsinə görə, bunların təsadüfi baş verməsinə inanmaq olmur. Hər halda mən bu vəziyyətini narahatçılıqla izləyirəm. 


Arzu Abdullayaeva – Helsinki Vətəndaş Assambleyasının həmsədri, hüquq müdafiəçisi:
- Əlbəttə ki, bu hadisələr bizə mənfi təsir bağışlayır. Hətta əlavə olaraq sizə bildirim ki, “Dalğa” gənclər təşkilatının üzvləri Şəhidlər Xiyabanına gediblər. Onlar belə qərara gəliblər ki, təmir adı ilə bağladılan məscidlə bağlı bir monitorinq keçirsinlər. Onlardan bəzilərini həbs edərək 39-cu və 9-cu bölmələrə aparıblar. 5 nəfər həbs olunub. Ancaq indi də onlar xiyabana gəlməkdədirlər. Bizə məlumat çatıb və biz çalışırıq ki, onları oradan çıxaraq. İnsan haqları prizmasından isə bu halları çox mənfi qiymətləndiririk.

"Dəyərlər" AİN


В этом разделе