Ayətullah Xameneyi: "İnsanın namazı qəbul edilərsə, digər əməlləri də qəbul olunacaq"

"Etiraf etməliyik ki, cəmiyyətimizdə namaz hələ də lazım olduğu səviyyədə qılınmır"

SalamNews-un “FarsNews”a istinadən verdiyi xəbərə görə, bu bərədə İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneyi Kermanşah şəhərində başlanan Namaz üzrə 21-ci ümumi toplantının iştirakçılarına müraciətində bildirib. Onun sözlərinə görə, İlahi nemət olan namazı hiss etmək və anlamaq lazımdır.

“Namaz qılmaq hər bir müsəlmanın əsas öhdəliklərindən biridir. Namazın cəmiyyətin həyatında lazımi yeri tutması gərəkdir. İnsanın namazı qəbul edilərsə, digər əməlləri də qəbul olunacaq. Əks halda heç bir əməl qəbul olunmayacaq”, - vəliyyi-fəqih deyib.

В этом разделе