"Ayətullah Xameneinin xəstəliyə tutulması xəbərləri düşmən tərəfindən uydurulan yalanlardır"

Ayətullah Xameneinin xərcəng xəstəliyinə tutulması ilə bağlı xəbərlər yalandır.
İslam-Azeri.az internet qəzeti rəsmi olaraq bu barədə yayılan xəbərlərin düzgünlüyünü araşdırmaq məqsədilə İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin Bakıdakı nümayəndəliyinin rəsmisi ilə əlaqə saxlayıb.


Ofisdən verilən rəsmi məlumata görə bu xəbər yalandır və düşmən qüvvələr tərəfindən KİV-ə sızdırılır.


Həmçinin internet qəzetimizə verilən məlumata görə bu xəbər İsrail tərəfindən hazırlanmış bir dezinformasiyadır.


Ayətullah Seyyid Əli Xameneinin Bakıdakı nümayəndəliyi də bu xəbəri belə təkzib edib: "Ayətullah Xamenei xəstəliyə tutulmayıb və bu xəbərlər həmişə olduğu kimi düşmən tərəfindən uydurulan yalanlardır".


В этом разделе