Ayətullah Sistaninin ofisi ramazan ayının başlanması barədə məlumat verib

Böyük İslam aliminin ofisi mübarək ayın əvvəlinin sabit olmasını bildirib

Ramazan ayının əvvəli böyük İslam alimi Ayətullahul-uzma Seyid Əli Sistaniyə sabit olub. 313news.net-in məlumatına görə, bu barədə Ayətullah Sistaninin tabeliyindəki "İmam Əli (ə) müəssisəsi" mərceyi-təqlidin Nəcəf şəhərindəki ofisinə istinadən məlumat yayıb. Məlumata əsasən, şənbə günü (iyulun 21-i) İraq və digər ərəb ölkələrində və həmçinin qonşu müsəlman ölkələrində ramazan ayınını 1-idir. Həmçinin Avstraliya, Yeni Zellandiya, Şimali və Cənubi Amerikada və Afrika ölkələrində də ramazan ayının əvvəli sabit olub. Lakin Böyük Britaniya, Almaniya, Fransa, İtaliya kimi Avropa ölkələrində ayın əvvəli sübut olunmayıb və bazar günü (iyulun 22-si) orucluğun əvvəlidir.

В этом разделе