Ayətullah Sistani: "Cənab Xameneyiyə deyin ki..."

İran KİV-i İslam dünyasının iki böyük aliminin münasibətləri haqqında faktları açıqlayıb

İsfahanın tanınmış alimlərindən olan Ayətullah Fəqihi İsfahani nəql edir ki, Ayətullah Sistani ilə görüşmək üçün müqəddəs Nəcəfi-əşrəfə gedən mədrəsə ustadlarından biri Ayətullah Sistani ilə görüşərkən Ağanın ona belə buyurduğunu deyib: "Tehrana gedin və Ayətullah Xameneyiyə deyin ki, mən hər gecə onu dua edirəm".

Ayətullah İsfahani bu hadisənin davamında danışır ki, bir dəfə Ayətullah Xameneyidən eşitdim ki, Ayətullah Sistaninin işlərində müvəffəq olmasının sirri Şəhristani cənablarından qaynaqlanır".

Ayətullah Sistani həzrətləri ilə görüşənlərdən biri Ayətullah Xameneyinin bu sözünü ona çatdırmış və böyük mərceyi-təqlid cavabında buyurmuşdur: "Cənab Xameneyiyə deyin ki, mən sizin Şəhristaninizəm".

Qeyd: Höccətül-İslam vəl müslimin Şəhristani Ayətullah Sistaninin kürəkəni və bütün işlərinin ümumi vəkilidir. Şəhristani İranda Qum şəhərində yaşayır və demək olar ki, bütün işlərdə onun imzası var. /313news.net ABNA-ya istinadən/

В этом разделе