Bu il Ramazan ayının 29 gün olması gözlənilir
Bu barədə Ayətullah Xameneyinin hilalı müşahidə bürosunun üzvü Əli Rza Bujmehrani məlumat verib. Onun sözlərinə görə avqustun 30-u gecə ay görünə bilər və beləliklə, Ramazan ayı 29 gün çəkəcək. Qeyd edək hicri-qəməri aylar 29 və ya 30 gün olur. Büro üzvünün sözlərinə görə, hər cür şühbəni aradan qaldırmaq və məlumatı dəqiqləşdirmək üçün bir çox peşəkar müşahidə qrupu ölkənin müxtəlif yerlərinə ezam olunacaq.