Artıq Ərəbistandayıq-Hacı Şahin Həsənli

Hacı Şahin Həsənli

Azərbaycandan təyyarə ilə gedən zəvvarlarımız artıq Ərəbistana çatıblar

Bu barədə İslam-Azeri.az internet qəzetinə "Məşhədi Dadaş" məscidinin İmam Camaatı Hacı Şahin Həsənli telefon vasitəsilə məlumat verib.

"Artıq Ciddə şəhərindəyik. Hər şey qaydasındadır. Zəvvarlarımızın vəziyyəti normaldır. İnşəallah zəvvarlara əməllərlə bağlı məlumat veririk" deyən Hacı Şahin Həsənli hazırda Ərəbistanda havaların normal olduğunu bildirib.

Qeyd edək ki, 29 oktyabrda Ərəbistanın bir neçə məntəqəsinə, o cümlədən Məkkəyə güclü leysan yağıb.

В этом разделе