''Vilayəti Fəqih beynəlxalq sahədə nizamın iqtidar və milli vəhdətinin güclənmə səbəbi olmuşdur''

İran Respublika baş prokuroru, etdiyi danışmasında: "Vilayəti Fəqih, inqilabın zəfər qazanması, onun davamı, sakinlik, milli vəhdət və nizamın iqtidarının beynəlxalq sahələrində güclənməsinə səbəb olmuşdur", dedi.


İran Quran Xəbər Agentliyinin bildirdiyi xəbərə görə, Respublika baş prokuroru Ayətullah Qurbanəli Durri Mühakimə Gücü həftəsi, Ayətullah Behiştinin və 72 köməkçisinin şahidlik ildönümü münasibətiylə etdiyi danışmasında bu əziz şəhidləri hörmətlə xatırlayaraq: "28 İyun şəhidləri, öz şəhid olmalarıyla İslam Respublikasında üçüncü inqilabı reallaşdıraraq, öz qanlarıyla "İstiqlal, Azadlıq, İslam Respublikası" yazdılar" dedi.

Respublika baş prokuroru, Tehran Davamlı Sərgilər sahəsində edilən Mühakimə Gücünün 30 illik işlərini mövzu alan sərginin açılmasına toxunaraq, bu mühakimə orqanının keçmiş 10 ildə etdiyi bəzi mühakimə, həbs, təhsil, elektronik və məhkəmələrin əhyası kimi mövzuları xatırlatdı.

Ayətullah Durri Nəcəfabadi Tehran Cümə namazına qatılanlara xitab olaraq etdiyi danışmasının davamında Mühakimə Gücünün təhsil hissələri, mühakimə fayllarının elektronik mühitdə nəzərdən keçirilməsi, narkotik maddəsiylə döyüşmə məsələsi və bu orqanın bu sahələrdəki rolu kimi bəzi mövzulara toxunaraq: "Bu işdə müvəffəqiyyətli olmaq, yeni iradə və bütün sahələrdə cihad eşqinə ehtiyacı vardır" dedi.


Ayətullah Durri Nəcəfabadi danışmasının son hissəsində, ibadətin müqəddiməsi mövzusunda İmam Baqirdən (əleyhissalam) rəvayət nəql edərək: "Bu rəvayət istiqamətində namaz, zəkat, həcc, oruc və vilayət İslamın təməlləridir və İmam Baqir əleyhissalam, vilayəti bu 5 məsələnin ən fəzilətlisi və əsli olaraq bilməkdədir" dedi.


Respublika baş prokuroru son olaraq: "İslami ölkəmiz seçkilərdən sonra hər şeydən çox təhlükəsizlik, dinclik, ədalət, inkişaf etmək və böyümək üçün işə ehtiyacı olduğunu anlamışdır. Uca Rəhbərlik mövqesinin həkim tərəfindən yol göstərmələri hər kəs üçün mərkəz nöqtəsi olmasını və cəmiyyətin izzət və ucalıq təpələrinə çatması üçün hər kəsin işini ümid edərəm" dedi.

313NEWS.NET

В этом разделе