Allahşükür Paşazadə: "...“məscid sökülür” kimi qələmə vermək düzgün deyil".

APA:- Son vaxtlar Azərbaycanda məscidlərin bağlanması, qanunsuz tikilən məscidlərin sökülməsi hallarına rast gəlinir. Buna münasibətiniz necədir?

Allahşükür Paşazadə:- Hansısa məscid qeydiyyata alınmayıbsa, tikilən bina məscid kimi tanınmayıbsa, onun sökülməsini də “məscid sökülür” kimi qələmə vermək düzgün deyil. Gərək məscid tikmək üçün qaydalara, qanunlara riayət edəsən. Digər tərəfdən, harada gəldi məscid tikmək olmaz. Bunun üçün yenə də deyirəm ki, icazə olmalıdır. Mən burada heç bir kampaniya görmürəm. 9 May - Qələbə Günündə “Şəhidlər” məscidinə baxdım. Bu məscid doğrudan da təmirə bağlanıb. Azərbaycan tolerant ölkədir. Bizim tolerantlığımıza heç bir vəchlə kölgə salmaq mümkün deyil.APA

В этом разделе