Sakaryanın Adapazarı mahalında 1999-cu il Marmara zəlzələsində uçan Tozlu Məscidi ərazisində tikintisi davam edən məscid, ''səcdə edən insan'' görünüşüylə diqqət çəkir.
313news.net saytının Türk mətbuatına istinadən verdiyi məlumata görə Orta Məhəllədəki Uzunçarşı yanında inşaatına başlanan məscid, 5 illik işin ardından tamamlanma mərhələsinə gəldi. Səcdə edən insan şəklində proyektləndirilən məscid, bağlı sahədə eyni anda 2 min 500 adama ibadət etmə imkanı verir.
Klassik məscid anlayışının xaricinə çıxılaraq proyektləndirilən məsciddə, qübbə yoxdur. Qara mərmərlə örtülən mehrabı Kəbəni xatırladan məscidin xüsusi bir ventilyasiya sistemi var. Xüsusi bucaqla hazırlanan məscidin tavanında buraxılan boşluqla məkanda hava dövranı təmin edilir.
Çilçıraqların istifadə edilmədiyi məscid, böyük şüşə divarlarla və divarlara yerləşdirilən led işıqlarının tavana əks etdirilməsiylə işıqlandırılır.
Məscidin memarı Məhəmməd Dayalın sözlərinə görə, məscidin dizaynını klassik məscid anlayışından fərqli etdiyini söylədi.
1999-cu ildə baş verən zəlzələdə hazırki məscidin uçmasının ardından yeni məscid inşaatı işlərinə başladıqlarını xatırladan Dayal, ''Qumcuğazda inşaatlar edirdim. Bir şeylər qaralayırdım, başmı qaldırdığımda günəşin batmaqda olduğunu gördüm. Oradan bir çağırışım oldu. Rəbbimin yaratdığı hər şey bir cür səcdəyə doğru gedir, mən də namazda səcdəyə gedirəm. Dizaynı bu tərzdə etmək fikri ağlıma gəldi'' dedi.
Məscidin dizayn işlərini 6 ayda tamamladığını ifadə edən Dayal, səcdə edən insan şəklindəki məscidi yalnız şəkil istiqamətiylə düşünmənin doğru olmadığını yazaraq, məscidin arxitekturasının akustik və təmiz hava problemi ilə xərc problemlərini həll etdiyini izah etdi.
-AKUSTİK ÜÇÜN TRAVERTEN DAŞ İSTİFADƏ EDİLMİŞDİR-
Dayal, məscidin şəklinin və divarlarına döşənilən traverten daşlarının səsi udduğuna diqqəti çəkərək, belə davam etdi:
''Bu şəkildə akustik problemlərinin qabağına keçilir. Məscidin şəkli etibarilə əks-səda problemləri həll olunur. Divarlarındakı travertenler və arxasındakı boşluq da səsi udur və əks etdirmir. Beləliklə də məsciddə imamın səsi daha dəqiq eşidilə bilir''.
Dayal, məscidin bilinən ən böyük zəlzələlərə qarşı da dayanıqlı olduğuna işarə edərək, daşıyıcı sistemin çox güclü olduğunu bildirdi.
Məscidin bağlı sahədə 2 min 500 adama xidmət verə biləcək tutumda olduğunu ifadə edən Dayal, ''Teraslarla birlikdə ibadət edə biləcək insan sayı 3 mini keçir. Mehrabı qara mərmərlə örtdük və xüsusi olaraq hazırladıq. Mehrab, Kəbəni xatırladır. Məsciddə çilçıraq istifadə etmədik. Burada ibadət edənlər hər hansı bir lampa görmürlər. Divara yerləşdirdiyimiz ledlər vasitəsilə işığı tavana əks etdirərək işıqlandırma təmin edirik. Beləliklə də gözləri heç yormur'' deyə danışdı.
Məscidin minarəsini 360 dərəcə dönən qüllə şəklində tikəcəklərini bildirən Dayal, məscidin tam xərcinin 4 milyon dolları aşacağını sözlərinə əlavə etdi.