Hörmətli oxucu!
Oxudunuz bu kiçik həcmli kitab Şeyx Əli Ali Muhsinin “Lillah və lit-tarix” (Allah və tarix naminə) kitabına cavab olaraq yazdığı “Lilləh və lil-həqiqə” (Allah və həqiqət naminə) adlı kitabının II cildindən bir hissədir. Şeyx Əli Ali Muhsin yalan və saxtakarlıqlarla dolu bu kitaba II cilddən ibarət “Lilləh və lil-həqiqə” (Allah və həqiqət naminə) adlı rədiyyə kitabı yazmışdır. Kitabın hər iki cildi 313news.net tərəfindən ana dilimizə tərcümə olunmuş, kitab I və II cildlər bir yerdə olmaqla saytın KİTABXANA bölməsinə yerləşdirilmişdir.
-
İslam kitabxanası » ŞİƏ MƏZHƏBİNDƏ TÖVHİD - Əla Həssun
İnsan Tövhid məsələlərini daha dərindən bildikcə dünyagörüşünü genişləndirəcək, fikir və maarif müstəvisində dini səviyyəsi bir o qədər yüksələcək və həqiqi dini əqidəyə sahib olacaqdır. Məhz bu səbədən bu kitab qələmə alınmışdır. Bu kitab Əhli-Beyt (ə) məzhəbinin ardıcıllarının dinin birinci əqidə prinsipi olan tövhid əqidəsini bəyan etmək məqsədini daşıyır.
-
İslam kitabxanası » SƏLƏFİ DƏLİLLƏRİNƏ DAİR ARAŞDIRMA | Şiəliyi qəbul etmiş keçmiş əhli-sünnə alimi Mərvan Xəlifat
Bu araşdırmada sələfilərin etimad etdikləri hədisləri və dəlilləri araşdırmaq qərarına gəldim. Sələfi kitablarını mütaliə edən hər bir oxucu həmin kitabların müəlliflərinin müəyyən hədislərə istinad etdikləri ilə rastlaşır. Onlar həmin hədislərə əsasən dəlil gətirərək özlərində və onların məzhəbinə mənsub olan oxucularda əminlik yaratmaq istəyirlər. Bununla da özlərinin doğru yolda olduqlarını bir daha təkid etmiş olurlar. Bu, başqalarını öz məsləkinə dəvət etmək üslubudur. Burada belə bir sual meydana çıxır: Sələfilərin daima istinad etdikləri dəlillər hansılardır? Həmin dəlillər obyektiv elmi tənqid baxımından necə dəyərləndirilir? Sələfilər müsəlmanların onlara tabe olmalarını gərəkdirən doğru dəlillərə sahibdirlərmi? Bu araşdırmada onların prinsiplərinə əsasən etimad etdikləri dəlillərinin əksəriyyətini Allah-taalanın bizə bəxş etdiyi lütf sayəsində müfəssəl surətdə tədqiq edəcəyik. Hər bir xeyirə doğru yönəldən məhz Odur!
İslam kitabxanası » İmam Əli (ə) Fədəyi niyə geri qaytarmadı?
Fədəyin tarixindəki hadisələr
-
İslam kitabxanası » QURANİ-KƏRİM VƏ ŞİƏLƏR
Qurani-Kərimin hifz olunması, oxunuşu, hərəkələrinin qoyulması, həriflərinin nöqtələnməsi və təfsiri işində şiələrin ümmət içində üstünlüyü
İslam kitabxanası » İbn Teymiyyənin tövhid inancı - Yəhya Əbdülhəsən Duxi
Bu mövzunun tədqiq olunmasında hədəf və metodumuz.
Tövhid dinin və şəriətin dərk olunması üçün əsas prinsipdir. Bu əqidə barədə böyük ixtilaf baş vermişdir. İbn Teymiyyə düşüncə tərzinin ardıcılları onun təqdim etdiyi metodun tövhid əqidəsini nəzəri və əməli baxımdan dərk etməyin ən düzgün metodu hesab edirlər. Onların nəzərində digər müsəlmanlar istər nəzəri, istərsə də əməli cəhətdən səhvə yol vermişlər. Beləki, tövhid əqidəsini din və şəriətin məqsədlərinə uyğun olmayan formada tətbiq etmişlər. Nəticədə bu təfəkkürün ardıcılları islam məzhəblərini bidətə yol verməkdə ittiham etmişlər. Buna əsasən də başqa məzhəblərin tövhid əqidələrinin kamil olmamasını, İbn Teymiyyənin prinsiplərinə, düşüncələrinə və metoduna uyğun olmadığını deyirlər. Artıq bu metod müsəlmanları və başqalarını təkfir etmək və onların qanlarını halal bilməkdə meyarı olub. Nəticədə İslam aləmi bütövlükdə bu düşüncənin ağrı-acılarını çəkmək məcburiyyətində qalmış və terrorimz və radikalizm kimi ittihamlara məruz qalmışdır. -
İslam kitabxanası » Səvaiqul-ilahiyyə fir-rəddi aləl-Vahabiyyə
VAHABİLƏRƏ RƏDD CAVABI OLAN İLAHİ
İLDIRIMLAR(Səvaiqul-ilahiyyə fir-rəddi aləl-Vahabiyyə) - Qardaşı Muhəmməd bin Əbdülvahaba rəddiyyəBir şəxs düşünün ki, kəlimeyi-şəhadət söyləyən müsəlman qardaşlarını təkfir edir, tərəfdarları isə müsəlmanları heç bir səbəb olmadan qətlə yetirir, mal və namuslarını özünlərə halal hesab edirlər. Bir zamanlar Xəvaric tayfasının müsəlmanlara qarşı törətdiklərinin daha artığını 18-ci əsrdə bu şəxs və tərəfdarları həyata keçirirlər. Sözügedən şəxs Muhəmməd ibn Əbdülvəhhab ən-Nəcdidir. Bu kitab isə Şeyx Süleyman ibn Əbdülvəhhab tərəfindən öz doğma qardaşı Muhəmməd ibn Əbdülvəhhaba yazdığı rəddiyədir. Düşünün ki, "küfr", "şirk", "bidət" kimi sözlərlə öz məzhəbini bəzəyən bir şəxsə ilk rəddiyəni öz doğma qardaşı yazır. Beləliklə, vəhhabi zehniyətinin başına yağan ilahi ildırımların şahidi olmaq üçün bu kitabı oxumağınızı şiddətlə tövsiyə edirik.
İslam kitabxanası » Lillahi və lilhəqiqəh (1-2cild).pdf
Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabının tərcüməsi
-
İslam kitabxanası » Abdullah ibn Səbə | Şeyx Əli Ali-Muhsin
Bəzi islam məzhəbləri nəzərində Abdullah ibn Səbə şəxsiyyəti nəinki Osmanın zamanında baş vermiş “fitnə” hadisələrində iştirak etmiş bir yəhudidən ibarətdir, eyni zamanda o, digər tarixi şəxsiyyətlərin sahib olmadıqları böyük bir əhəmiyyətə sahib olan bir kəsdir. Məhz bu səbəbdən istər şiə, istərsə də sünni müəllifləri tərəfindən bu şəxsiyyətlə bağlı inkar və təsdiq məzmunlu müxtəlif kitablar yazılmışdır.
Abdullah ibn Səbə şəxsiyyətinin aktuallığı onun Osmanın zamanında baş verən fitnələrin səbəbkarı, Osmanın qətlə yetirilməsinə gətirib çıxaran hadisələrin əsas təhrikçisi və bu hadisələrdən sonra baş vermiş minlərlə insanın həyatını itirdiyi qanlı müharibələrin mənşəyi olması iddiası ilə əlaqələnir. Bununla yanaşı, şiə düşmənləri şiə məzhəbinin əsl qurucusunun, rəcət, Əli ibn Əbu Talibin canişinliyi və s. kimi şiəliyin mühüm etiqadlarının məhz yəhudi Abdullah ibn Səbə tərəfindən icad edildiyini etmiş, bununla da mövzu daha fərqli əhəmiyyət kəsb etmişdir.İslam kitabxanası » Sələfilərin baxışında ağıl - Əli Əsğər Rizvani
İslamın düşüncə tarixi tənəzzül və tərəqqiyə məruz qalmış, müxtəlif dəyişiklik və nəticələrlə əhatələnmişdir. Bu çox dəyişkən tarixdə müxtəlif düşüncə və əsaslara söykənən firqə və məzhəblər üzə çıxmışdır. Onların bəzisi unudulmuş, bəzisi isə müxtəlif dəyişikliklə İslam cəmiyyətində öz rolunu oynamışdır. Lakin bu arada qeyd etmək lazımdır ki, tarixin bu keşməkeşində meydana çıxan vəhhabi firqəsi tamam başqa axarda cərəyan edir. Buna görə də vəhhabilik İslam mütəfəkkirləri arasında heç bir güclü əsasa malik olmayan bir firqə kimi tanınır. Bununla belə onlar bəzi müsəlmanlara əsassız və quru ideologiyalarını sırımaqla, özlərini İslam təfəkkür meydanının yeganə sahibləri kimi qəbul etdirmək istəyirlər. Buna görə də, bu firqənin ideologiyasını və müxtəlif düşüncələrini müəyyən etmək üçün, elə bir işdir ki, möhtərəm Ustad Əli Əsğər Rizvani kimi, davamlı səylərlə, bir çox mənbə və qaynaqlardan istifadə etməklə aparılan tədqiqat işləri nəticəsində bu təfəkkürün gizli və aşkar cəhətləri araşdırılmalı və düşüncələri təhlil edilməlidir.
-
İslam kitabxanası » VƏHHABİ ALİMİ OSMAN ƏL-XƏMİSƏ CAVAB - cild 2
Oxucu qardaşım, qarşındakı bu kitab on iki imam şiələrinin başda Əmirəlmöminin Əli ibn Əbu Talib (əleyhis-səlam) olmaqla ümumən Əhli-Beytin (əleyhimus-səlam) imamətinin isbatına dair əsaslandıqları dəlillər barədə Şeyx Osman əl-Xəmisin “Hiqbətün minət-tarix” (“Tarixdən bir an”) adlı kitabında qeyd etdiyi bir sıra şübhələrə cavabdır. Mən bu kitabda onun bu mətnləri istər sənəd, istərsə də dəlalət baxımından gözdən salmaq cəhdlərinə cavab vermişəm. Müvəffəqiyyət əta etdiyinə görə uca olan Allah həmd olsun. Qeyd: Kitab ümumən 2 cilddən ibarətdir. Hazırda yükləyəcəyiniz PDF fayl 2-ci cilddir.
İslam kitabxanası » VƏHHABİ ALİMİ OSMAN ƏL-XƏMİSƏ CAVAB - cild 1
Oxucu qardaşım, qarşındakı bu kitab on iki imam şiələrinin başda Əmirəlmöminin Əli ibn Əbu Talib (əleyhis-səlam) olmaqla ümumən Əhli-Beytin (əleyhimus-səlam) imamətinin isbatına dair əsaslandıqları dəlillər barədə Şeyx Osman əl-Xəmisin “Hiqbətün minət-tarix” (“Tarixdən bir an”) adlı kitabında qeyd etdiyi bir sıra şübhələrə cavabdır. Mən bu kitabda onun bu mətnləri istər sənəd, istərsə də dəlalət baxımından gözdən salmaq cəhdlərinə cavab vermişəm. Müvəffəqiyyət əta etdiyinə görə uca olan Allah həmd olsun. Qeyd: Kitab ümumən 2 cilddən ibarətdir. Hazırda yükləyəcəyiniz PDF fayl 1-ci cilddir.
-
İslam kitabxanası » Şübhələrin kəşfi: İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə (3-cü cild)
Bu kitabı tərcümə etməkdə məqsədimiz insanlara sələfilərin (vəhhabilərin) ən tərifli münazirə və rəddiyyə ustadlarından birinin yalan və böhtanlarını insanlara göstərmək və bu əqidə daşıyıcılarından mümkün qədər ehtiyatlı olmalarını təbliğ etməkdir. Bu kimi şəxslər müsəlmanları azdırıb öz sıralarına daxil etməkdən ötrü hər cür yalan danışmağa və manipulyasiya etməyə hazırdırlar. İhsan İlahi Zahir öz yalanları ilə təəssüf ki, minlərlə şiə və müxtəlif məzhəb nümayəndələrini sələfiliyə dəvət edə bilir. Əlinizdəki kitabda onun saysız-hesabsız yalanları ilə, təhrifləri ilə tanış olacaqsınız. Kitab ümumən 3 cilddən ibarətdir. Hazırda yükləyəcəyiniz PDF fayl isə sonuncu cilddir.
İslam kitabxanası » Şübhələrin kəşfi: İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə (2-ci cild)
Bu kitabı tərcümə etməkdə məqsədimiz insanlara sələfilərin (vəhhabilərin) ən tərifli münazirə və rəddiyyə ustadlarından birinin yalan və böhtanlarını insanlara göstərmək və bu əqidə daşıyıcılarından mümkün qədər ehtiyatlı olmalarını təbliğ etməkdir. Bu kimi şəxslər müsəlmanları azdırıb öz sıralarına daxil etməkdən ötrü hər cür yalan danışmağa və manipulyasiya etməyə hazırdırlar. İhsan İlahi Zahir öz yalanları ilə təəssüf ki, minlərlə şiə və müxtəlif məzhəb nümayəndələrini sələfiliyə dəvət edə bilir. Əlinizdəki kitabda onun saysız-hesabsız yalanları ilə, təhrifləri ilə tanış olacaqsınız. Kitab 3 cilddən ibarətdir. Hazırda yükləyəcəyiniz isə 2-ci cilddir.
-
İslam kitabxanası » Şübhələrin kəşfi: İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə (1-ci cild)
Bu kitabı tərcümə etməkdə məqsədimiz insanlara sələfilərin (vəhhabilərin) ən tərifli münazirə və rəddiyyə ustadlarından birinin yalan və böhtanlarını insanlara göstərmək və bu əqidə daşıyıcılarından mümkün qədər ehtiyatlı olmalarını təbliğ etməkdir. Bu kimi şəxslər müsəlmanları azdırıb öz sıralarına daxil etməkdən ötrü hər cür yalan danışmağa və manipulyasiya etməyə hazırdırlar. İhsan İlahi Zahir öz yalanları ilə təəssüf ki, minlərlə şiə və müxtəlif məzhəb nümayəndələrini sələfiliyə dəvət edə bilir. Əlinizdəki kitabda onun saysız-hesabsız yalanları ilə, təhrifləri ilə tanış olacaqsınız.
İslam kitabxanası » O, peyğəmbər deyildi - Həsən ibn Fərhan əl-Maliki
Vəhhabilik və Məhəmməd ibn Əbdülvəhhab bərəsində çoxlu elmi və tənqidi əsərlər yazılmışdır. Ancaq onların hamısının həqiqəti əks etdirdiyini demək çətindir. Kitabın müəllifi Şeyx Həsən Səudiyyə Ərəbistanında anadan olmuşdur. Özünün də qeyd etdiyi kimi, dini təhsilini vəhhabilərin arasında almışdır. Bu mühitdə keçirdiyi uzun illər ərzində fikirlərinin vəhhabi ideologiyasına uyğun olmadığı qənaətinə gəlmişdir. Bunun nəticəsi olaraq da, vəhhabiliyə qarşı tənqidi yazılarını qələmə almışdır. Bu əsnada orta yolu təqib etməyə çalışmış, bacardığı qədər ifrat fikirlərdən uzaq durmuş, İslam birliyinə və bərabərliyinə önəm vermişdir. Əsərin Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanacağına ümid edərək, onun tərcüməsinə qərar verdik. (Tərcüməçidən)