Silah » İran Hərbi Dəniz Qüvvələri iki "Əl-Qədir" tipli sualtı gəmini dənizə buraxacaq
İran Hərbi Dəniz Qüvvələri (HDQ) komandiri Həbibullah Səyyari bildirib ki, HDQ iki "Əl-Qədir" tipli sualtı gəmini noyabrın 28-də Hərbi Dəniz Qüvvələri günündə dənizə buraxacaq.Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.

"İki İran istehsalı olan "Əl-Qədir" tipli sualtı gəmi və dörd hava yastıqları üzərində hərəkət edən hərbi desant gəmisi əsaslı təmirdən sonra Hərbi Dəniz Qüvvələrinin istifadəsinə veriləcək", - Səyyari bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib.

Cari ilin yanvar ayından HDQ üç "Əl-Qədir" tipli sualtı gəmini Bəndər Abbas limanında dənizə buraxıb. İran Müdafiə Nazirliyi həmçinin cari ilin may ayında "Yunis 6" hava yastıqları üzərində hərəkət edən hərbi desant gəmisinin istehsalına başladığını bildirib. /trend/


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!