Bu hal ölkənin Fəllucə şəhərində daha çox müşahidə edilirİraqın Fəllucə şəhərində dünyaya gələn körpələrin böyük əksəriyyətinin bədənlərində müxtəlif şişlərin əmələ gəldiyi, eləcə də onların bir çoxunun fiziki qüsurlu olduğu bildirilir. Yerli həkimlər ABŞ işğalından sonra şəhərdə anadan olan uşaqlarda əsəb pozğunluğunun da qeydə alındığını deyirlər.
İngiltərənin “Qardiyan” qəzetinə müsahibə verən fəllucəli həkimlər bu vəziyyətin müharibədən sonra şəhərdəki zəhərli maddələrdən qaynaqlandığını güman etdiklərini bildiriblər.
İraqlı nevroloq və ginekoloqlar sözügedən qəzetə müsahibələrində ABŞ-ın ölkəni işğal etməsindən sonra Fəllucədə dünyaya gələn uşaqların bir çoxunun bədənlərində müxtəlif şişlərin əmələ gəldiyini qeyd ediblər.
/dunyabulteni/
/AzeriMuslims/