Hərəmeyn Məscidi İşləri naziri Saleh ibn Əbdürrəhman əl-Hüseyn bu il 2,5 milyon müsəlmanın həcc məqsədilə müqəddəs torpaqlara gələcəyini bildirib. Nazir zəvvarların həcc ibadətini rahat şəkildə yerinə yetirə bilməsi üçün xüsusi plan hazırlandığını qeyd edib. Əl-Hüseyn nazirliyin həcc zamanı gücləndirilmiş iş rejimində işləyəcəyini bildirərək, mövsümlə əlaqədar əlavə 1800 işçinin işə qəbul edildiyini deyib.
Krallıq rəsmiləri zəvvarlara ümumi xidmətlərlə yanaşı, texniki, mədəni və konsultasiya xidmətinin də təklif olunacağını bildiriblər. Sözügedən xidmətlər çərçivəsində həccin yerinə yetirilmə qaydalarını yaxşı bilməyənlər üçün səhər, ikindi və yatsı namazlarından sonra ərəb, urdu, malay və ingilis dilində seminarlar da təşkil ediləcək. Bununla yanaşı, zəvvarlar həcc yaxud ümrə ilə bağlı suallarına nazirliyin qaynar xəttinə zəng edərək, cavab tapa biləcəklər.
Məlumat üçün bildirək ki, əl-Həram məscidinin 139 qapısında təhlükəsizlik xidmətinin 700 əməkdaşı yer alacaq, Peyğəmbər məscidinə isə hər gün 20 tankerlə 200 ton zəmzəm suyu daşınacaq.
/CİHAN/
/azerimuslims/