“Bununla bağlı rəhbərlik lazım bilərsə, açıqlama verər"Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova KİV-in azana qadağa qoyulması barədə yaydığı məlumatları Lent.az-a şərh edərkən deyib. QMİ-nin azan verilməsinə qadağa və məhdudiyyətlərlə bağlı hansısa araşdırma aparıb-aparmadığına gəlincə, idarə sözçüsü bunları bildirib: “Bununla bağlı rəhbərlik lazım bilərsə, açıqlama verər. Sadəcə onu deyə bilərik ki, dövlət tərəfindən qoyulan hər hansı qadağadan söhbət gedə bilməz. Çünki bizə bununla bağlı heç bir şey daxil olmayıb. Bu baxımdan da məsələ ətrafında ajiotaj yaratmağa ehtiyac görmürük”.
Xatırladaq ki, noyabrın 1-dən Bakı və Gəncə şəhərlərində bir neçə məsciddə azanın səsləndirilməsinə məhdudiyyətlər qoyulub. Bəzi məscidlərdə azan əvvəlkindən aşağı səslə verilib. Bəzi ibadət ocaqlarında isə azan, ümumiyyətlə səsləndirilməyib. lent.az /deyerler/