Fransanın xarici işlər naziri Bernar Kuşner cümə günü Beyruta səfəri zamanı Fransa hökumətinin, seçkilərin keçirilməsindən beş ay keçməsinə baxmayaraq, Livanda indiyədək hökumətin formalaşdırılmamasından narahat olduğunu bildirib Fransanın xarici işlər naziri Bernar Kuşner cümə günü Beyruta səfəri zamanı Fransa hökumətinin, seçkilərin keçirilməsindən beş ay keçməsinə baxmayaraq, Livanda indiyədək hökumətin formalaşdırılmamasından narahat olduğunu bildirib, AFP agentliyi məlumat verir. Kuşnerin sözlərinə görə, Fransa "stabil Livan" görmək istəyir və livanlı siyasətçiləri milli hökumət yaratmaq üçün mübahisəli məsələlərdə razılığa gəlməyə çağırıb.
Qərb meylli "14 mart" blokunun qələbə qazandığı iyun seçkilərindən sonra, ölkə prezidenti hökuməti formalaşdırmağı Ər-Riyadın dəstəyini qazanmış "Əl-Müstəqbəl" sünnü kualisiyasının rəhbəri Səd əl-Həririyə tapşırmışdı. Əl-Həriri hökuməti 15-10-5 formulası ilə formalaşdırmağı təklif etmiş, amma "Hizbullah"ın daxil olduğu "8 mart" müxalifət bloku, parlamentin spikeri və keçmiş prezident Mişel Aunun "Əməl" partiyası Əl-Həririnin nazirlər kabinetinin tərkibini baykot etmişdilər. /haqqyolu/